SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün avtomobil qəzasına düşən müğənni Aslan Hüseynovun ölümü yaxınları və əzizləri qədər sənət aləmini də sarsıdıb. Bir çox məşhurlar Aslanla bağlı paylaşımlar edib.

BAKU.WS xəbər verir ki, “Bizimləsən” proqramına telefonla bağlanan müğənni Niyam Səlami də mərhum sənətçidən danışıb. O bildirib ki, Aslanla sonuncu dəfə qəzaya düşməzdən 1 gün əvvəl əlaqə saxlayıb. Bu zaman Aslan Niyama həmin gecə gördüyü yuxusunu danışıb:

“Bilirsiniz, ən çox nəyə pis olmuşam? Axşam Aslanla danışanda mənə dedi ki, “anam mənə imkan vermirdi Rusiyaya gedib heç olmasa çörək pulu qazanım”.

Aslan Niyama anasının narahatlığını başa düşmədiyini və bu günə qədər onun üçün əlindən gələni etdiyini bildirib:

“Anam dedi ki, gələndə məni görməyəcəksən. Niyə belə dedi, bilmirəm. Onun istədiyi hər şeyi, müalicəsinə qədər etdirdim. Dedim ki, "ana, uşaq deyiləm axı, sən mənə niyə belə sözlər deyirsən?”

BAKU.WS