VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mirşahin Ağayev 1 il əvvəl baş vermiş Gəncə hadisələri zamanı həbs olunanların həqiqi terrorçu olduqlarını sübut edən görüntüləri yayıb. 

BAKU.WS
xəbər verir ki, o, Real TV-nin "Mir Şahinin vaxtı"nda terrorçu Rəşad Böyükkişiyevin sosial şəbəkədə yaydığı çağırışını və yazışmalarını əks etdirən kadrları təqdim edib:

"Şəxsən siz, hər biriniz Rəşadın çıxışlarından xəbərdarsızmı? Bu adamın manyakal müraciətlərini eşitmisizmi? Bu standart terrorist müraciətidir, mənim əzizlərim! Çoxdan idi ki, müəyyən səbəblərdən bu müraciəti göstərmək istəmirdim. Amma bir neçə gün əvvəl iyul terroruyla bu və ya digər dərəcədə bağlılığı olan gənclərdən birinin valideyninin çıxışına qulaq asdım və başa düşdüm ki, qadın doğrudan deyəsən cinayətin mahiyyətini, miqyasını anlamır. İndi sizə çox qısa bir parça göstərəcəm. Bu həmin o Rəşaddır. Əli Kərimli güruhunun tez-tez az qala siyasi idol, Məhəmməd Əmin Rəsulzadənin işıqlı kölgəsi kimi təqdim etdiyi Böyükkişiyev Rəşad. Müraciətdən çox qısa bir fraqmentdir. Diqqətlə baxaq və başa düşək ki, həmin gənclər kimin yanında olub o günlər. Kimin gizlənməsinə qaçıb aradan çıxmasına kömək edib. Bu adamın intonasiyasından anlayacaqsız ki, dövlətə necə nifrət edir. Ağalarının əmrini yerinə yetirmək üçün necə amadədir. Soyuqqanlı baxmağa çalışaq. Obyektiv olmağa çalışaq:

Bir də təqdim edirəm. Rəşad Böyükkişiyev. Terrorçu. Bu müraciəti o Gəncə İcra Hakimiyyəti qarşısındakı aksiyaya getməzdən əvvəl edib və polis zabitlərini qətlə yetirib.

Və bu müraciətdən sonra o niyyətini həyata keçirir. Sonrasını necə, bilirsiz? Yox yəqin ki, istintaq sirri ola bildiyindən bəzi mətləbləri açmıram. Amma məndə olan bəzi yazışmaları oxuyacam. Buyurun. Tanış olun. Rəşad Böyükkişiyev artıq öz mənhus niyyətini həyata keçirib. İki polis zabitini qətlə yetirib. Birini isə ağır yaralayıb. Baxın adam təəssüratlarını necə bölüşür:

10 iyul 2018-ci il: 

“Sən niyə gəlirsən ki, sənin başına dönüm? Onun yeri hardadı, neçə dənə itləri vurmuşam mən. Mənə bir dənə onun yerini deginən, onu götürüm, o mənə lazımdı!” “Mehribangilə də deginən. Vaqifgil zad da yığışsınlar getsinlər kəndə hamısı. Denən yığışsınlar getsinlər, kənddə qalsınlar bir iki üç gün”

“Hə neçə dənə itlərə soxdum ə. Bərk soxdume öz də desəm. Öldürdüm e.” Onun yazışdığı şəxsin cavabı belədir:

“Ə, bilirəm Həci! Qııraxdan çəkib quyubdu yutub-a. Tam düşmürsünüz, amma qıraxdan düşürsünüz. O qara paltarda olan sən döyülsən ki ə, böyürdən xançal çıxardır, şappaşap soxur”

Rəşad: “Hə... uje youtuba qoyublar?

Cavab: “Hə youtuba qoyublar Həci. Xəncəl böyürdən çıxanda hamısı da düşübdü, prosto yaxşı ki kürəyin kameraya düşübdü. Üzün düşməyib kameraya. Ə görüblər səni uşaqlar. O Xəyaldı zad, hamısı görüblər. Əligilnən danışıblar. Əli də deyib ə, bilmirəm, o buralarda yoxdur!”

Məqsədim bütün səs yazılarının stenoqramını çatdırmaq deyil. Sadəcə onu demək istəyirəm ki, bu səs yazıları mütəşəkkil bir cinayət əməlinin həyata keçirildiyini tam sübuta yetirir. Və... hörmətli məhkum, məhbus valideynləri üçün nə qədər ağır olsa da deyim ki, səs yazıları arasında, yəni Rəşada cavab verənlər arasında onların məsum hesab etdiyi bəzi balaların da səsi var. Ona görə də xahiş etmək istərdim ki, özlərini soyuqqanlı olmağa vadar etsinlər. Uzun müddət gözləməyə hazırlaşsınlar. Heç kəsi təhqir etmədən, lənətləmədən. Sakitləşmək, doğmalarının həbsxanada islah olunmasına yardım etmək haqqında düşünsünlər. Elə etmək lazımdır ki, bu uşaqlar həbsdən çıxandan sonra Fuad Qəhrəmanlı sindromu yaşamasınlar, gedib evdə yaxınlarının dizlərini, barmaqlarını sındırmasınlar.

Hörmətli tamaşaçılar, məhkum valideynlərinin ifrat aqressiyası, yersiz çıxışları ona gətirib çıxardı ki, iyul terrorunun qurbanlarının ailələri də gözləmə mövqeyindən çıxdılar. Bu həftə onlar ilk dəfə olaraq Dövlətdən tələb etdilər ki, şəhid polis zabitlərinin qanının yerdə qalmasına imkan verməsinlər. Haqlıdırlar. Çünki həbsxanaya düşənlər bir müddət sonra azadlığa çıxacaqlar və ailələrinin içinə qayıdacaqlar. Amma onların dövlət yolunda canını fəda edən həyat yoldaşları, ata və qardaşları buir daha dönməyəcək". 

Xatırladaq ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
BAKU.WS
VİDEO