Qazaxıstan "Avroviziya-2027"yə buraxılmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın "Avroviziya-2027" mahnı müsabiqəsində iştirakı ilə bağlı müraciəti qəbul edilməyib.
BAKU.WS xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın "Xabar" agentliyinə tam üzvlük verməkdən imtina edib. Bu status ölkəyə müsabiqədə tamhüquqlu üzvlər kimi iştirak etmək imkanı verə bilərdi.
EBU-nun məlumatına görə, Qazaxıstan təşkilata tam üzvlük üçün müəyyən edilmiş meyarlara cavab vermir. Ölkə Avropa Yayım Zonasına daxil deyil, Avropa Şurasının üzvü və ya müşahidəçi statusuna malik deyil.
Nəzəri olaraq Qazaxıstan xüsusi dəvətlə müsabiqəyə qatıla bilər. Lakin EBU hazırda assosiativ üzvlərin və digər üzv olmayan yayımçıların dəvət edilməsi ilə bağlı planın olmadığını bildirib.
Qeyd edək ki, Qazaxıstan 2018-2022-ci illərdə beş dəfə Uşaq "Avroviziya"sında iştirak edib və 2019, 2020-ci illərdə ikinci yerə çıxıb. "Avroviziya-2027" mayın 11, 13 və 15-də Bolqarıstanın Burqas şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...