Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ

Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ
Sosial 44

Azərbaycanda dövlət bağçalarının tərbiyəçi-müəllimləri oktyabr-noyabr aylarında sertifikatlaşdırma prosesinə cəlb olunacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, 1300 tərbiyəçi-müəllim müxtəlif meyarlar üzrə qiymətləndirmələrdən keçərək məktəbəqədər təhsil müəssisələrində işə başlayıb:

"Həmin şəxslər həm test imtahanlarından, həm də müsahibə mərhələsindən uğurla keçmiş ixtisaslı kadrlardır. Bu istiqamətdə atılan ikinci addım mövcud məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi olub. Ötən illərdə bu prosesdə 12 minə yaxın tərbiyəçi iştirak edib".

Eşqi Bağırov əlavə edib ki, tərbiyəçi kadrların inkişafı və əməyinin stimullaşdırılması istiqamətində növbəti addım onların sertifikatlaşdırma prosesinə cəlb olunması olacaq:

"Bu proses də oktyabr-noyabr aylarında təşkil olunacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər