Bakının Xətai rayonunda dəhşətli cinayət baş verib.

Bu barədə Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov BAKU.WS-ə məlumat verib.

Cinayət Xətai rayonu, İ.İsmayılov küçəsi ev 52-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1936-cı il təvəllüdlü Patimat Kudjayevanın baş və boğaz nahiyəsinin kəsilmiş xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

“Hazırda hadisə yerində araşdırmalar aparılır. Bütün hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Qətlin kim tərəfindən törədildiyi məlum deyil”, - deyə prokurorluq əməkdaşı bildirib.

Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS