VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıtda 9 evdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.

Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS