Aktrisa Zarina Qurbanova məzun oldu
Aktrisa Zarina Qurbanova magistraturadan məzun olub.
BAKU.WS xəbər verir ki, o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino rejissorluğu" ixtisasın; bitirib.
Zarina Qurbanova bu münasibətlə sosial şəbəkə hesabında məzuniyyət mərasimindən görüntülər paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Zarina Qurbanova "Komedixana" layihəsində canlandırdığı rəngarəng obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Aktrisa 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində bakalavr təhsili alıb.
Daha sonra, 2020-ci ildə Türkiyədə magistratura təhsilinə qəbul olsa da, müəyyən səbəblərdən təhsilini yarımçıq qoyub.
Qalereya
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...