Sumqayıtlıları qorxuda saxlayan dəstə üzvləri tutuldu

Sumqayıtlıları qorxuda saxlayan dəstə üzvləri tutuldu
Hadisə 2218
Sumqayıtda 9 evdən oğurluq edən şəxslər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutuldu

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutuldu

Mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olu...

1223 Hadisə 13:30 08 may 2018

Son xəbərlər