SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. 

Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.

Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.
 
BAKU.WS