Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyev dəfn edilib - FOTO - YENİLƏNİB
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevlə Laçın şəhərində keçirilən vida mərasimi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** 15:14
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevin meyitinin qalıqları Laçın rayonuna gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda Laçın şəhərində şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb.
C.Quliyev Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...