Bakıdan çıxan növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB

Bakıdan çıxan növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB
Foto
Siyasət 0

Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan Laçına yollanan ailələr doğma yurdlarına - Zabux kəndinə çatıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonunun Zabux kəndi bu gün 27 ailəyə qucaq açıb və daha 95 sakinin yurd həsrəti bitib.

Onlar kənddə böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə yaşayış üçün bütün şərait yaradılıb.

***07.45

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.

Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin ( 783 nəfər) daimi məskunlaşması təmin edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Son xəbərlər