SİZİN REKLAM BURADA!
055 213 76 73


Edillidə kütləvi məzarlıqlarla bağlı üç sahə aşkarlanıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Məhkəmə-Tibbi Ekpertiza Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova deyib.
O bildirib ki, meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir:

“Meyit qalıqlarının başları sağa-sola, önə doğru əyilmiş vəziyyətdədir. Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraq və ulduz təsvirləri qeyd olunub”.

Şöbə rəisi qeyd edib ki, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək: “Daha dəqiq müayinələrə orada davam etdiriləcək”.

*** 14:30

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

BAKU.WS