SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinn Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir”.

BAKU.WS xəbər verir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA"ya verilən xəbərə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Bərdə-Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı),

2. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 km, 2 hərəkət zolaqlı),

3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),

4. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),

5. Qubadlı-Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı).

2023-cü ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (81.6 km, 4-6 hərəkət zolaqlı),

2. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı),

3. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı),

4. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834.1 km, 2 hərəkət zolaqlı),

5. Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı) avtomobil yolu,

6. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri.

2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123.9 km, 4-6 hərəkət zolaqlı),

2. Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı),

3. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81.6 km, 2-4 hərəkət zolaqlı),

4. Kəlbəcər-Laçın avtomobil yolu (76.3 km, 2-4 hərəkət zolaqlı).

BAKU.WS