SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hər iki lider Qarabağdakı vəziyyəti müzakirə ediblər.

"Xüsusilə regionun sabitliyi, təhlükəsizliyi və sosial-iqtisadi inkişafının təmin edilməsi, habelə nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlərin gedişatının nəzərdən keçirilib. Eyni zamanda aprelin 7-də Moskvada keçirilən yüksəksəviyyəli Rusiya-Ermənistan danışıqlarının nəticələri nəzərə alınıb", - deyə Kremlin yaydığı məlumatda bildirilib.

BAKU.WS