Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Baş naziri Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır.
BAKU.WS xəbər verir ki, Bu barədə report-a Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
O, xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edir.
Onun sözlərinə görə, bu səfər iki ölkənin hökumətləri arasında əldə edilmiş razılaşmalar və Belarus ilə Azərbaycan liderlərinin tapşırıqları çərçivəsində planlaşdırılmış tədbirlərdən biridir.
"Biz planlaşdırırıq ki, yaxın zamanlarda, bu ilin sonunda, gələn ilin əvvəlində Azərbaycan baş nazirinin Belarusa səfəri baş tutsun", - diplomat qeyd edib.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...