Müharibədə iştirak edən bu şəxslərə dəstək göstəriləcək - QAYDALAR
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən Müharibəsində iştirak etmiş hərbçi qulluqçular Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirlərindən faydalanacaq.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Kimlər müharibə iştirakçısı hesab edilir və onlar hansı dəstək tədbirləri ilə əhatə olunurlar?
Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişikliyə əsasən 1 adda orden və 13 adda medal təsis edilib.
Müharibə iştirakçısı hesab edilməsi üçün sənəd - təltif edilmə ilə bağlı müvafiq sənəddir.
Özünüməşğulluğun təşkili: Müharibə iştirakçıları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə, yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Haqqı ödənilən ictimai işlər: Müharibə iştirakçılarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə, yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə iştirakçılarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə, yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Oxşar xəbərlər
Hansı hərbçilərə ayda 80 manat ödəniləcək? - RƏSMİ CAVAB
Qarabağın işğaldan azad olunması ilə əlaqədar sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatında iştirak etmiş və Müharibə veteranı statusunu almış hə...