Çavuşoğlu: “Qarabağda müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq”
17
dek
2020
12:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya monitorinq mərkəzi Ağdamda yerləşəcək”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, müşahidə nöqtələri Dağlıq Qarabağa çox yaxın yerlərdə olacaq.
“Bizim Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...