Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO

Ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin bir müddət öncə saxlanıldığı Şuşa həbsxanasının indiki görüntüsü yayılıb.
BAKU.WS xəbər verir ki, hərbçilərimiz həbsxananın son vəziyyətini çəkib paylaşıblar.
Kadrlardan da göründüyü kimi həbsxanada saxlanma şəraiti çox pis olub.
Girovluqda olan soydaşlarımız uzun müddət bu həbsxanada qalıb.
Xatırladaq ki, Qarabağ döyüşləri ərəfəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən Şuşa həbsxanasından çıxarılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının verdiyi məlumata əsasən, soydaşlarımız Şuşa həbsxanasından çıxarılaraq öncə Gorisə, bir müddət orada saxlandıqdan sonra isə Şiraka aparılıblar.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...
