Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq Ağdam rayonu Azərbaycana qaytarılıb.

BAKU.WS xəbər verir ki, Ağdam rayonu işğaldan azad edildikdən sonra BAKU TV Ağdam Cümə məscidindən reportaj hazırlayıb. 

Qeyd edək ki, Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilib. 

İki əsrdən çox yaşı olan tarixi abidə erməni işğalçıları tərəfindən tamamilə dağıntılara məruz qalıb.

BAKU.WS
VİDEO