"Qarabağ" daha bir anons etdi - Transferlər davam edəcək

Qarabağ daha bir anons etdi - Transferlər davam edəcək
İdman 83

Yay transfer pəncərəsi dövründə heyətinə artıq üç futbolçu cəlb etmiş "Qarabağ" yaxın vaxtlarda ən azı daha üç oyunçunun keçidini rəsmiləşdirəcək.

BAKU.WS Qol.az-a istinadən xəbər verir ki, Zakaria Savo, Jali Muaddib və ən son dünən Samuel Lobatonun transferini rəsmiləşdirən Ağdam təmsilçisi yeni hücumçu ilə anlaşmaq üzrədir. Hələlik adını dəqiqləşdirə bilmədiyimiz həmin hücumçu legionerdir.

Daha bir futbolçu isə müdafiənin sol cinahına alınacaq. Bu əcnəbi oyunçusu isə Elvin Cəfərquliyevin əvəzləyicisi olacaq. Cəfərquliyevin yeni mövsümü digər bir klubda davam etdirəcəyi dəqiqləşib.

Bundan başqa, artıq məlumat verildiyi kimi, Kevin Medina da "Qarabağ"ı tərk edib. 33 yaşlı kolumbiyalının 2020-ci ildən çıxış etdiyi Ağdam klubundan ayrılaraq Malayziyanın "Johor" komandasına keçəcəyi bildirilir.

Bildirilib ki, Medina üçün sərfəli təklif olub. Futbolçunun "Qarabağ" qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək.

Onun getməsi ilə komandaya yeni mərkəz müdafiəçisinin alınması zərurətə çevrilib. Artıq "Qarabağ"ın seleksionerləri bu mövqe üzrə də futbolçu axtarışındadır və yayda həmin mövqeyə də oyunçu alınacağı dəqiqləşib.

Xatırladaq ki, "Qarabağ" bu yay Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yolları ayırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər