Portuqaliya - Konqo oyununda qalib müəyyənləşmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyun başa çatıb.
BAKU.WS xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Avropa təmsilçisindən Joau Neveş, Konqodan isə Yoan Vissa fərqlənib.
***21:57
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ilk hissə bitib.
BAKU.WS xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Konqonun heyətində 45+5-ci dəqiqədə Yoan Vissa status-kvonu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.
***21:15
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, Portuqaliya yığması hesabda irəli çıxıb - 1:0.
Joao Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb.
***21:03
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyunu başlayıb.
BAKU.WS xəbər verir ki, K qrupunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...