Məşhur pizza brendi 2,7 milyard dollara satıldı: Şirkət yeni dövrə qədəm qoyur

Məşhur pizza brendi 2,7 milyard dollara satıldı: Şirkət yeni dövrə qədəm qoyur
Dünya 81

Dünyanın ən böyük pizza şəbəkələrindən biri olan Pizza Hut 2,7 milyard dollar qarşılığında LongRange Capital investisiya şirkətinə satılır.

BAKU.WS xəbər verir ki, bununla da Pizza Hut-ın uzun illər Yum Brands tərkibində KFC və Taco Bell ilə eyni korporativ strukturda fəaliyyət göstərməsi başa çatacaq.

Məlumata görə, satış tamamlandıqdan sonra Pizza Hut-ın idarəçiliyi və gələcək inkişaf strategiyası tamamilə LongRange Capital-ın nəzarətinə keçəcək. Yum Brands isə fəaliyyətini əsasən KFC və Taco Bell brendləri üzərində davam etdirəcək.

Şirkət 2025-ci ilin noyabrında Pizza Hut-la bağlı müxtəlif strateji variantları nəzərdən keçirdiyini açıqlamışdı. Son qərarla bu proses markanın satılması ilə yekunlaşıb.

Son illərdə ABŞ bazarında Domino's Pizza ilə rəqabətdə geri qalan Pizza Hut dəyişən istehlakçı vərdişləri və onlayn çatdırılma xidmətlərinin geniş yayılması fonunda satış göstəricilərində çətinliklərlə üzləşmişdi.

Qeyd edək ki, Pizza Hut 1958-ci ildə ABŞ-də təsis olunub və uzun illər dünyanın ən böyük pizza şəbəkəsi statusunu qoruyub. 2017-ci ildə isə bu mövqeyi Domino's Pizza-ya uduzub.

Xatırladaq ki, 2025-ci ildə Yum Brands Türkiyədəki françayzinq tərəfdaşı İş Gıda ilə əməkdaşlığı dayandırdıqdan sonra ölkə üzrə yüzlərlə Pizza Hut və KFC restoranı fəaliyyətini dayandırmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər