İran ABŞ və İsraillə müharibədə təyyarələrini bu yolla qoruyubmuş
ABŞ və İsrailin hücumları zamanı mülki aviasiyanın qorunması məqsədilə 36 təyyarənin xarici ölkələrə köçürülməsinə icazə verilib.
BAKU.WS xəbər verir ki, bunu İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudi bildirib.
O, təyyarələrin hansı ölkələrdə yerləşdirildiyi açıqlamayıb.
Şirudi bildirib ki, riskləri azaltmaq üçün uçuş marşrutları dəyişdirilib, tranzit reyslər alternativ istiqamətlərə yönləndirilib və təyyarələr daha təhlükəsiz hava limanlarına paylanıb. Bu çərçivədə İmam Xomeyni və Mehrabad hava limanlarından 133 yenidən dislokasiya əməliyyatı həyata keçirilib.
Bəzi mənbələr bu addımı 1991-ci il Körfəz müharibəsində İraqın hərbi təyyarələrini İrana köçürməsi ilə müqayisə edir.
Oxşar xəbərlər
Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi
Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib. BAKU.WS xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb. O...