Ağdamda sel təhlükəsi aradan qaldırıldı: 60 evə qaz verilişi bərpa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunun Xaçınçay qəsəbəsində yaranan sel təhlükəsi tamamilə aradan qaldırılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, əraziyə cəlb olunan xüsusi texnikalar vasitəsilə çayın öz məcrasına qaytarılması üçün zəruri tədbirlər görülüb.
Ağdam Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, profilaktik işlər yalnız həmin ərazidə deyil, digər riskli istiqamətlərdə də davam etdirilir və hazırda vəziyyət nəzarət altındadır.
Sel səbəbindən qaz təchizatı dayandırılan 60 fərdi yaşayış evinə də təbii qazın verilişi artıq bərpa edilib. Bundan əlavə, ərazidə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən növbətçilik təşkil olunub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...