Gəncədə müğənni qəzaya düşdü
16
iyn
2026
23:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq və Şota Rustavelli küçələrinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata görə, M.Cəfərovanın sükan arxasında olduğu "Jetour" markalı avtomobil Habil Əbdürrəhmanovun idarə etdiyi "Prius" markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.
Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....