Bu gecə dünya çempionatı BAŞLAYIR - GÜNÜN AFİŞASI

Bu gecə dünya çempionatı BAŞLAYIR - GÜNÜN AFİŞASI
İdman 1771

Bu gün futbolsevərlərin böyük maraqla gözlədiyi dünya çempionatı start götürür.

BAKU.WS xəbər verir ki, 23-cü dəfə keçirilən mundialın açılış oyununda turnirin ev sahibi Meksika millisi Cənubi Afrika yığması ilə qarşılaşacaq.

A qrupunun ilk matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Mexiko Siti" stadionunda təşkil olunacaq görüşü braziliyalı referi Vilton Sampayo idarə edəcək.

Qrupun digər qarşılaşmasında isə Cənubi Koreya və Çexiya milliləri üz-üzə gələcəklər. "Estadio Akron" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 06:00-da səslənəcək.

Dünya çempionatı

A qrupu

I tur

11 iyun

23:00. Meksika - Cənubi Afrika

"Mexiko Siti" stadionu

12 iyun

06:00. Cənubi Koreya - Çexiya

"Estadio Akron" stadionu

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər