“Bona Dea” Beynəlxalq Hospitalı cəbhəyə bir milyon manatlıq tibbi yardım göndərib - VİDEO

“Bona Dea” Beynəlxalq Hospitalı Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusuna dəstək olub.
Belə ki, “Bona Dea” Beynəlxalq Hospitalı rəhbərliyi cəbhə xəttinə bir milyon manatlıq tibbi yardım göndərib.
Müvafiq qurumlara təhvil verilən tibbi avadanlıq və ləvazimatlar, oradan ön xətt bölmələrindəki hərbi hospital və xəstəxanalara göndəriləcək.
“Bona Dea” Beynəlxalq Hospitalının həkim kollektivi yaralı hərbçilərimiz sağlamlığına qovuşması üçün tibbi yardım göndərilməsi ilə yanaşı, onların müalicəsində iştirak etmək niyyətlərini də bildiriblər.
Oxşar xəbərlər
5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - FOTO
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlar bu ölkəyə baha başa gəlib. Əvvəlcə ərazi və canlı qüvvə itkilərini giz...
