Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.
İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb
Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, dekabrın 9-da saat 20 radə...