Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
Hadisənin Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.
Polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.
Oxşar xəbərlər
Oğul anası ilə birgə atasını öldürüb quyuda basdırdı - Azərbaycandakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Xaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən Şamama Seyidova və oğlu Əmir Seyidovun cinayət işi yekunlaşıb. BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, ha...