Yük maşını mikroavtobusla toqquşdu - 3 nəfər öldü, 9 yaralı var (VİDEO)

01
iyl
2018
09:55
Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib."Report"un Qərb bürosunun məlumatına görə, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub."Report"un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, qəzaya yük maşının təkərinin partlaması səbəb olub.Ölənlər :Abdullayev Emin Vasif oğlu (2006), ŞəmkirMusayeva Samirə Fəxrəddin qızı (1980), ŞəmkirƏləsgərova Ziyafət Nəsrəddin qızı (1973), TovuzAğır yaralılar:Musayev Nəcməddin Nofəl oğlu (2001), ŞəmkirTamarov Mətləb Arzu oğlu (1993), QazaxƏliyev Əliyar İlyas oğlu (1961), ŞəmkirƏliyev Cavidan Əliyar oğlu (2001), ŞəmkirVəziyyətləri qənaətbəxş olduğu bildirilən yaralılar:Əhmədova Səfa Vidadi qızı (1974), Şəmkirİmanova Tamilə Nəsir qızı (1959), TovuzTağıyeva Adilə Nəsir qızı (1966), TovuzHəsənova Xalidə Namiq qızı (2006), TovuzƏləsgərova Cəmilə Nəsir qızı (1961), TovuzBAKU.WS

Oxşar xəbərlər
Kürdəmirdə maşın aşıb, 5 nəfər yaralanıb - VİDEO
Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunu...