Goranboyda "OKA" ilə "Zaporojets" toqquşdu, 12 nəfər yaralanıb, 1 nəfər ölüb

21
noy
2017
21:19
Goranboy rayonunda ağır yol qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bəşirabad-Dəliməmmədli yolunda toy mərasimindən çıxan "OKA", "Zaporojets" və "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə içərisində uşaqların da olduğu 13 nəfər yaralanıb. Onların 4-ü Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. Digər 2 azyaşlının vəziyyəti isə orta ağırdır.Artıq yaralananlardan 8-nin adı məlum olub. Bunlar aşağıdakılardır: Orxan Sərvan oğlu Süleymanov (1997)Şəbnəm Sabit qızı Quliyeva (1999)Sadəgül Həsən Qızı Bayramova (1991)Nüşabə Məmmədova (1988)Ramin Nazim oğlu Əliyev (1986)Hüseyn Sadiq oğlu Quliyev (2002)Şəbnəm Mehman Qızı (1992)Kənan Novruz oğlu Məmmədov (2003)BAKU.WS

Oxşar xəbərlər
Qobustanda ağır qəza, xəsarət alanlar var
Qobustan rayonunda yol qəzası baş verib.BAKU.WS Report-a istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 82-ci kilometrliyində, Qobustan...