İki gün əvvəl Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - TAM SİYAHI

İki gün əvvəl Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - TAM SİYAHI
Hadisə 3389
Martın 31-də Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb."Report"un Cənub bürosu xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən 7 yaşlı Aslanov Ülvi Faiq oğlu bu gün xəstəxanada ölüb. Qeyd edək ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır. Onların hamısı Lənkəranın Ləj kəndinin sakinləridir.Xatırladaq ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Ölənlərin hamısı "Mitsubishi"də olanlardır. Ölən və yaralananaların tam siyahısı belədir:Ölənlər:1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu1976-cı il Aslanov Faiq Tofiq oğluXanımgül AslanovaMərziyyə AslanovaVəsmə AslanovaAslanov Ülvi Faiq oğlu (7 yaş)Yaralı:"Shacman"ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.BAKU.WS

Son xəbərlər