Yük avtomobili velosipedçini vurub

Yük avtomobili velosipedçini vurub
Hadisə 45

Oğuzda velosipedçini yük avtomobili vurub, vəziyyəti ağırdır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axaşm saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük avtomobili velosipedçini vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, qəza zamanı ağır xəsarət alan velosipedçi komatoz vəziyyətdə Şəki RMX-a daxil olub. Hazırda onun müayinəsi aparılır və şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər