Yardımlı sakinindən 13 kiloqram narkotik aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yardımlı sakini 13 kiloqram narkotiklə saxlanılıb.
BAKU.WS DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Vəliyev Tofik saxlanılıb.
Onun həyətindəki yardımçı tikilidən 9 kiloqram heroin, 2 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1020 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
T.Vəliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşdığı müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...