Xərçəng xəstəsi qızın DƏHŞƏTLİ HƏYATI - əri təcavüz etdi, öldürməyə çalışdı

Xərçəng xəstəsi qızın DƏHŞƏTLİ HƏYATI - əri təcavüz etdi, öldürməyə çalışdı
Hadisə 5962
25 yaşında olan Yeşim Gökyar 9 yaşında dəri xərçənginə tutulub. Həyatı xəstəxana dəhlizlərində keçən Yeşimə həkim “tək çarə ayaqlarını kəsməkdir” deyib. Bu çətin anlarında o, 33 yaşlı Orxan Kazanla tanış olub. BAKU.WS xəbər verir ki, Yeşim ömrünün sonuna yaxınlaşdığını bilidiyi üçün, Orxana "Mən xəstəyəm, sənə bir şey verə bilmərəm, məndən ümidini kəs" desə də, Orxan onunla evlənməyə razı olub. Cütlük keçən ilin sentyabr ayında ailə həyatı qurub. Amma bu ailə həyatı gəlinə xoşbəxtlik yox, bədbəxtlik gətirib.Belə ki, yoldaşı Orxan Yeşimə son iki ayda şiddət göstərib. Hətta ona “Xəstəliyindən bezdim. İntihar et sənin də mənim də canım qutarsın” deyib.TƏCAVÜZ EDİB ÖLDÜRMƏYƏ ÇALIŞIB Yeşim Gökyar 5 il 5 ay keçən evlilik həyatını göz yaşları içində danışıb: “Evliliyimizin 3-cü günü məni döyüb xəstəxanalıq etdi. Fevralın 18-i mənə təcavüz etdi. Sonra yenə cəhd etsə də ona qarşı çıxdım. 30 ədəd dərmanı mənə zorla içirtdi və otağına gedib ölməyimi gözlədi. Məni yaxın qohumumla və köhnə sevgilisi ilə aldadırmış. Yaxınlarımızdan mənim müalicəm üçün nə qədər pul alıb yeyib. Evdə narkotik maddə tapdım, amma boynuna almadı. Sən demə narkotik maddə istifadə edirmiş. Hətta 2011-ci ildə narkotik maddə satıdığı üçün həbs olunub”. Nihat HÜSEYNZADƏBAKU.WS

Son xəbərlər