"Xozeyn" ləqəbli tiktoker həbs olundu
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da həbs edilib.
BAKU.WS xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə tiktoker "Xozeyn" Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.
Oxşar xəbərlər
Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var
Sabirabadda yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində qeydə alınıb. Avtoqəzada bir nəfər ölüb,...