Xırdalanda yol bağlanacaq
01
avq
2019
12:11
Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılacaq təmir-tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli olmaqla məhdudlaşdırılıb.BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.O, bildirib ki, 517, 592, 596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək:"Ancaq pik saatlarda sıxlıq olarsa, nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər.Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər".
Oxşar xəbərlər
Sabah bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI
Sabah “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.Bakı Nəqliyyat Agentl...