Bakıda bu metrostansiya bağlanır - avtobusların istiqaməti dəyişdirilir
19
sen
2018
11:07
"Bakı Metropoliteni" QSC-nin “Xətai” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. BAKU.WS bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.Qeyd edək ki, "Xətai” stansiyası bu il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin gələn il avuqstun 10-da başa çatdırılması nəzərdə tutulub.BAKU.WS
Oxşar xəbərlər
71 nömrəli marşrut xəttinin hərəkətində dəyişiklik edildi
Sabahdan Bakı Metropoliteninin “Bakmil” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar metropoliten işçilərinin və ətraf ərazidə yaşayan əhalinin ictima...