Bu marşrut xətlərinin mərkəzi küçələrdə hərəkət istiqaməti dəyişəcək (SİYAHI)
19
apr
2018
12:07
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.BAKU.WS-in məlumatına görə, hərəkət sxemində müəyyən dəyişikliklər ediləcək marşrut xətləri arasında “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 18, 37, 61 və 65 saylı marşrut xətləri də var. Yarışın başa çatmasınadək qeyd edilən xətlər üzrə fəaliyyət göstərən avtobuslarımız şəhərin mərkəzində bu küçələrlə hərəkət edəcək:18 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Mehdi Hüseyn küçəsi.37 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Nəriman Nərimanov küçəsi.61 saylı marşrut xətti: Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi65 saylı marşrut xətti: Füzuli küçəsi – Mirzağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Səməd Vurğun küçəsi – Füzuli küçəsi – Şıxəli Qurbanov küçəsi.ŞahinBAKU.WS
Oxşar xəbərlər
“Formula-1" ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üz...