Xəzərə düşən “MİQ-29”un qalıqları dənizdən çıxarılır - FOTO
16
avq
2019
11:28
Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin qalıqları çıxarılır. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında deyilir: "Hərbi Dəniz Qüvvələrinin SAK bölməsi Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qalıqlarını çıxarmaqda davam edir. Hava şəraitindən asılı olaraq pilotun nəşi və qara qutunun axtarılması davam etdirilir". Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur. Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.
Oxşar xəbərlər
Xəzərdən çıxarılan MİQ-29 qırıcısının - İLK GÖRÜNTÜLƏRİ
Xəzərə düşən MİQ-29 təyyarəsinin axtarışlarına cəlb olunan Türkiyə Milli Müdafiə Nazirliyi yeni görüntülər yayıb.BAKU.WS xəbər verir ki, MİQ-29-un fraqmentləri...