Qəzaya uğramış MİQ-29 barədə YENİ XƏBƏR - Türk dalğıcları suya endi
02
avq
2019
21:33
Türkiyə dalğıcları Xəzər dənizi üzərində qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” qırıcı təyyarəsinin qalıqları və itkin düşən pilotun axtarışlarına başlayıblar.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışlara Dəniz Qüvvələri Komandanlığına məxsus 10 nəfərlik sualtı axtarış-xilasetmə qrupu cəlb olunub.Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur. Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.Müdafiə Nazirliyi əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət etmişdi.
Oxşar xəbərlər
Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zam...