Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR - Türkiyə tərəfi hərəkətə keçdi

Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR - Türkiyə tərəfi hərəkətə keçdi
Hadisə 5532
İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunub.Yaxın zamanda onların mütəxəssislərinin ölkəmizə gəlməsi gözlənilir.Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi altında axtarış əməliyyatları hazırda da intensiv aparılır.

Son xəbərlər