Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
31
iyl
2019
20:21
İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.Qeyd edək ki, qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarına cəlb olunan heyətə Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir.Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur. Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub. Müdafiə Nazirliyi əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət etmişdi.
Qalereya
Oxşar xəbərlər
“Günün Yekunu” - 30 iyul 2019
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Azərbaycanda məmu...