Xəzərdən çıxarılan MİQ-29 qırıcısının - İLK GÖRÜNTÜLƏRİ
09
avq
2019
17:23
Xəzərə düşən MİQ-29 təyyarəsinin axtarışlarına cəlb olunan Türkiyə Milli Müdafiə Nazirliyi yeni görüntülər yayıb.BAKU.WS xəbər verir ki, MİQ-29-un fraqmentləri ROV cihazı (Uzaqdan idarə olunan sualtı robotlar) vasitəsilə aşkarlanaraq görüntülənib və sudan çıxarılıb.Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.
Qalereya
Oxşar xəbərlər
Xəzərə düşən MİQ-29-un pilotunun qaynatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazinin yerinin müəyyənləşməsi məlumatını...