Xəzər dənizinə “köpəkbalığı” buraxan şəxs üzr istədi – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinə köpəkbalığına bənzər naqqa panqassius buraxan şəxs Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə dəvət edilib.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq idarədən bildirilib.
Bildirilib ki, Elxan Osmanov idarənin Balıq Ehtiyatlarının Mühafizə və Brakonyerliklə Mübarizə Bölməsinə dəvət edilib.
O, vətəndaşlar arasında yaratdığı çaşqınlığa görə üzr istəyib.
Qeyd edək ki, bir neçə gün əvvəl E.Osmanov sosial şəbəkələrdə Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı video çəkib, yayıb.
Təşvişə səbəb olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Oxşar xəbərlər
Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı AÇIQLAMA - VİDEO
Ötən gün sosial şəbəkələrdə Xəzər dənizinə köpək balığı buraxılması ilə bağlı video yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün sosial şəbəkələrdə...