Xətai rayonundakı binada lift problemi ilə bağlı AÇIQLAMA
"Sözügedən ünvanda ötən günlər yağan şiddətli yağış nəticəsində liftin mexanizmləri zədələnib".
Bu barədə BAKU.WS-ə "Lifttəmir" İstehsalat Birliyindən məlumat verilib.
"Hal-hazırda problemın aradan qaldırılması istiqamətində işlər aparılır, qısa zamanda liftin fəaliyyəti bərpa ediləcək",-deyə bildirilib.
***17:49
Xətai rayonu, Babək prospekti 90 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunda lift problemi yaşanır.
Sakinlər BAKU.WS-ə bildirib ki, lift artıq üç həftədən çoxdur ki, işləmir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemi aradan qaldırmaq istiqamətində ciddi addım atılmayıb.
Vətəndaşlar bildirirlər ki, bu, ilk hal deyil – lift əvvəllər də tez-tez xarab olurdu. Xüsusilə yaşlı sakinlər və azyaşlı uşaqlı ailələr üçün bu vəziyyət gündəlik həyatda ciddi çətinliklər yaradır.
Sakinlər məsələ ilə bağlı qısa zamanda tədbir görüləcəyinə ümid edirlər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Sumqayıtda qadını müəllim düzəldəcəyi vədi ilə aldadaraq 7 min manatını ələ keçirdi
Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi i...