Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
Video
Hadisə 77

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib.

Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov "Daewoo" markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.

E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər