Xankəndində ATIŞMA: Güclü partlayışlar və pulemyot səsləri

Xankəndində ATIŞMA: Güclü partlayışlar və pulemyot səsləri
Hadisə 3511
 

Bu gün axşam saatlarında işğal altındakı Xankəndində, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə danışıqlar apardığı saatlarda şəhərdə bir-birinin ardınca bir neçə güclü partlayış baş verib.

BAKU.WS virtualaz.org-a istinadən bildirir ki bu haqda RİA Novosti agentliyinin həmsədrlərin Xankəndinə səfərini izləyən müxbiri məlumat çatdırıb. Məlumata əsasən həmsədrlərin qondarma "dqr prezidenti" Bako Saakyanla görüşünün keçirildiyi saatlarda şəhər bir-birinin ardınca baş verən partlayışlarla silkələnib.

Partlayışlarla yanaşı şəhərin kənarından pulemyot atəşləri başlayıb. Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı  jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.

BAKU.WS

Oxşar xəbərlər

Ermənilər pulemyot və ağır silahlardan atəşə başlayıb - Son dəqiqə (VİDEO)

Ermənilər pulemyot və ağır silahlardan atəşə başlayıb - Son dəqiqə (VİDEO)

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyu...

5523 Siyasət 22:03 06 aprel 2016

Son xəbərlər