Xanım sürücü qəza törətdi: 3 nəfər öldü, 3 nəfər yaralandı

31
avq
2019
11:31
Biləsuvarda ağır yol qəzası baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Fərhadzadə Sədaqət Babalı qızı "Hyundai" markalı avtomobildə idarəetməni itirib, yolun kənarındakı maneəyə çırpılıb.Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, 2006-cı il təvəllüdlü Fərhadzadə Səfər Fərəc oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib.Sürücü S.Fərhadzadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan digər iki sərnişin, 1998-ci il təvəllüdlü Fərəczadə Nigar Sərəc qızı və 2001-ci il təvəllüdlü Fərəczadə Fidan Sərəc qızına Cəlilabad raron Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda qadın sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var
Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllı-Qa...
