Azərbaycanda dəhşətli qəzada ölən və yaralıların kimliyi bilindi YENİLƏNİB – VİDEO

Azərbaycanda dəhşətli qəzada ölən və yaralıların kimliyi bilindi YENİLƏNİB  – VİDEO
Foto Video
Digər 5
Bu gün səhər Ələt-Astara rayonunda baş verən dəhşətli qəzada ölənlərdən biri tələbədir.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yardımlı rayon, Kürəkçi kənd sakini, 20 yaşlı Cavid Yaqubov qəza nəticəsində vəfat edən 4 nəfərdən biridir.O, Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub. Bir neçə gün əvvəl ona əsgərliyə getməsi üçün çağırış vərəqəsi gəlib. C.Yaqubov da buna görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.
Azərbaycanda dəhşətli qəzada ölən və yaralıların kimliyi bilindi YENİLƏNİB  – VİDEO
***10:23**Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində baş verən qəza nəticəsində ölənlərin və yaralıların kimliyi məlum olub.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, mikroavtobusda olan Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib.Qəza zamanı yaralanan Yardımlı rayon sakiləri, 1991-ci il təvəllüdlü Şiraz Mürsəl oğlu Hümbətzadə və 1998-ci il təvəllüdlü Çinarə Mehdi qızı Əsgərzadə Cəlilabad rayon xəstəxanasına yerləşdirlib.Onların vəziyyəti orta-ağırdır.***08.03Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, “Ford tranzit” markalı sərnişinlə dolu mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.Qəza zamanı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılardan 2 Cəlilabad. digərləri isə Salyan Mərkəzi xəstəxanasına yerləşdirilib.İlkim ehtimala görə hadisəyə mikroavtobus sürücüsünün yuxulu olması səbəb olub.Ziya SƏCCAD

Oxşar xəbərlər

Biləsuvar-Salyan yolunda AĞIR QƏZA - VİDEO

Biləsuvar-Salyan yolunda AĞIR QƏZA - VİDEO

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ə...

1798 Hadisə 16:19 09 may 2019

Son xəbərlər